Fransada qar uçqunu baş verib: Ölən və yaralananlar var
Fransanın Overn bölgəsində qar uçqunu nəticəsində azı dörd nəfər ölüb, yerli hakimiyyət orqanları bildiriblər. Bundan əlavə, azı üç nəfər yaralanıb. Globall.az oxu.az-a istinadən xəbər verir ki, səlahiyyətlilərin məlumatına görə, qar uçqunu altında ölənlər xizək sürənlər olub. Qar uçqunu Pyui-de-Dom bölgəsindəki Val d'Enfer vadisindəki Mon-Dor kəndi yaxınlığında 1600 metr yüksəklikdə baş verib. Rəsmilərin sözlərinə görə, xilasetmə əməliyyatında 50-yə yaxın adam iştirak edib.
Oxunub: 62
Xəbəri paylaş
Paylaş: