Türkiyədə güclü qar:
Ağrı bölgəsində 232 kəndlə əlaqə kəsildi
Türkiyənin şərq bölgələrində davam edən güclü qar böyük problemlər yaradıb. Güclü şaxta su xətlərini dondurub, külək tez-tez elektrik naqillərini sıradan çıxarır.
Anadolu agentliyi bildirir ki, Ağrı bölgəsində qarın hündürlüyü daha çox artıb. Bu səbəbdən 232 kəndlə nəqliyyat əlaqəsi kəsilib. Ağrı-Van yolunda üç nöqtədə güclü qar uçqunu yaranıb. Bölgədə qartəmizləmə işlərinə 78 ağır texnika və 91 nəfərlik heyət cəlb olunub.
Oxunub: 339
Xəbəri paylaş
Paylaş: