Stoltenberq: “Gürcüstanın Avropaya inteqrasiyası ölkənin NATO-ya daxil olması prosesinə töhfə verəcək”
NATO daha güclü demokratiya və inteqrasiya yolunda Gürcüstanın yanındadır. Globall.az APA-ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşdən sonra keçirilən brifinqdə deyib. "Avropa İttifaqına (Aİ) namizəd statusu sabitliyinizi və rifahınızı yaxşılaşdırmaq üçün ən böyük fürsətdir", - deyə alyansın rəhbəri qeyd edib. Stoltenberq bildirib ki, Gürcüstanın bu gün Aİ-yə üzvlük üçün atdığı addımlar ölkənin NATO-ya daxil olması prosesinə töhfə verəcək.
Oxunub: 28
Xəbəri paylaş
Paylaş: