Fateh Sultan Mehmetin ən qədim portreti bu qiymətə hərraca çıxarılacaq
Fateh Sultan Mehmetin şahzadəlik dövrünə aid olan medalyon üzərində həkk olunmuş portreti İngiltərədəki Bonhams Hərrac Evi tərəfindən 82 milyon lirəyə hərraca çıxarılacaq. Globall.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Sputnik- Türkiye" məlumat yayıb. Açıqlamada, tunc üzərində həkk olunmuş portretin müsəlman liderin ən qədim portreti olduğu bildirilib: "Medalyonun talisman kimi taxıldığı güman edilir". O da vurğulanıb ki, medalyonu hazırlayan rəssamın heç bir imzası, izi yoxdur. Qeyd edək ki, bürünc medalyon mayın 21-də hərraca çıxarılacaq.
Oxunub: 28
Xəbəri paylaş
Paylaş: