Pakistanda yenə güclü zəlzələ oldu
Pakistanın qərbində 5,4 bal gücündə zəlzələ baş verib. Globall.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Geoloji xidməti xəbər verib. Məlumata əsasən, yeraltı təkanların episentri Nuşki şəhərindən (Bəlucistan əyaləti) 67 km şimal-qərbdə olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Oxunub: 29
Xəbəri paylaş
Paylaş: