ABŞ və Rusiya yeni müqavilə bağlayacaqlar -
Nüvə silahı barədə
Amerika Birləşmiş Ştatları (ABŞ) və Rusiya nümayəndələri qısa və orta mənzilli raketlər barədə (QOMRB) Müqavilənin ləğvindən sonra yeni saziş bağlamağa yaxındırlar.
«Röyter» agentliyinin xəbər verdiyi kimi, belə bəyanatla silahlar üzərində nəzarət üzrə ABŞ prezidentinin xüsusi nümayəndəsi Marşall Billinqsli çıxış edib. O, yeni saziş üzrə proqresin əhəmiyyətini qeyd edib, ancaq Strateji hücum silahları üzrə Müqavilənin (SHS-3) uzadılmasını da istisna etməyib.
Onun sözlərinə görə, artıq iyul və ya avqust ayında Vyanada strateji sabitlik üzrə görüş keçiriləcək. Görüşün gedişində sazişin detalları müzakirə olunacaq.
Qeyd olunur ki, yeni müqavilə təkcə strateji yox, bütün nüvə silahlarını əhatə edəcək. Üçüncü ölkələrin də sazişdə iştirakı istisna olunmur.
Xatırladaq ki, Stratedi hücum silahlarının azaldılması üzrə Müqavilənin (SHS-3) müddəti 2021-ci ildə başa çatır.