Qazaxda avtomobil dirəyə çırpılıb, yaralılar var
Qazax rayonunun Aslanbəyli kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Globall.az report-a istinadən xəbər verir ki, "VAZ-2107" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı dirəyə çırpılması nəticəsində 2003-cü il təvəllüdlü K.Həsənov və 2002-ci il təvəllüdlü S.Misirməmmədov xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 46
Xəbəri paylaş
Paylaş: