Azərbaycanın ən yaşlı kəndirbazı: “Özümə rəqib tanımıram”
"Hazırda Azərbaycanın ən yaşlı kəndirbazı mənəm. 1961-ci ildən kəndirbazlıq sənəti ilə məşğulam. Çünki bu, mənim ata sənətimdir". Bunu Baku TV-yə açıqlamasında Azərbaycanın ən yaşlı kəndirbazı Rəşid Ələkbərov deyib. 75 yaşlı qocaman kəndirbaz yaşın onun üçün problem olmadığını söyləyib: "Azərbaycanda elə bir rəqib tanımıram ki, mənimlə yarışa bilsin. Mənim üçün kəndirə çıxmaq əziyyətli deyil. Bir balaca çətinliyim gözlərimlə bağlıdır, çünki 1993-cü ildə gözümün birini itirmişəm". O, sənəti ilə bağlı qarşılaşdığı ən yaddaqalan hadisədən də danışıb: "Laçın rayonunda Şəlvə dərəsi deyilən bir yer var. Həmin ərazidə kəndir qurulduğu yerdən qopdu, yıxıldım. Şirin çay gətirdilər, onu içdim, durub yenidən kəndirə çıxdım".
Oxunub: 30
Xəbəri paylaş
Paylaş: