“Tramp bu xəstəlikdən qorxur -
FOTO
"ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Alzheimer xəstəliyindən qorxur. Buna səbəb isə onun atası Fred Trampın bu cür xəstəlikdən əziyyət çəkməsidir". Globall.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Trump Organization"ın keçmiş top-meneceri danışıb. Adı açıqlanmayan menecer Trampın öz atası ilə ünsiyyətinin şahidi olduğunu bildirib: "Donald şübhəsiz ki, Alzheimer xəstəliyindən qorxur". O, həmçinin vurğulayıb ki, ABŞ-nin keçmiş prezidenti bunu etiraf etmək və bu barədə ictimai olaraq danışmaq niyyətində deyil. Qəzet qeyd edir ki, amerikalı siyasətçinin atası 1990-cı illərdə ağır vəziyyətdə olub. Bildirilir ki, Donald Tramp ailəsini öz malikanəsinə dəvət etdikdə atası öz övladlarını tanıya bilməyib. Fred Tramp 1999-cu ildə 93 yaşında dünyasını dəyişib.