Misirdə qadınlar muzeyi yaradılacaq
Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkədə misirli qadınlar muzeyinin yaradılmasına dair göstəriş verib. Globall.az qafqazinfo-ya istinadən xəbər verir ki, Misir lideri bu barədə Beynəlxalq Analar Günü və Misir Qadınlar Günü ilə bağlı keçirilən tədbirdə danışıb. O vurğulayıb ki, muzeyin yaradılmasında məqsəd misirli qadınların irsini qorumaq, eləcə də qədim və müasir Misirdə onların hüquq və imkanlarının genişləndirilməsi prosesini sənədləşdirməkdir. Əs-Sisi qeyd edib ki, muzey yeni inzibati paytaxtda yerləşəcək.
Oxunub: 35
Xəbəri paylaş
Paylaş: