Koronavirusa yoluxan deputat danışdı -
"Ağzınadək xəsətələrlə dolu klinikada..."
"Mən artıq sağalmaq üzrəyəm və heç şübhəsiz ki, bu, həkimlərimizin, tibb işçilərimizin zəhmətinin nəticəsidir".
Globall.az-ın məlumatına görə, bunu COVİD-19-a yoluxmuş Milli Məclisin deputatı Sahib Alıyev deyib.
"Geyimlərindən yadplanetlilərə bənzəyən bu insanlar davranışlarıyla doğmadan da doğmaplanetlilərdirlər. Təsəvvür edin ki, yayın bu istisində əyinlərində skafandrabənzər geyimlə 8 saat müddətində yemək yeməmək bir yana, bir damla belə su içmədən ağzınadək xəsətələrlə dolu olan klinikada hər kəsin qayğısına qalmaq, hər bir xəstəylə mehriban davranmaq sadəcə peşəkarlığa yox, həm də insanlığa bağlı məsələdir. Bu fədakarlıqdır!".
Oxunub: 265
Xəbəri paylaş
Paylaş: