Çadda partlayış nəticəsində 7 hərbçi həlak olub
Silahlı qrupların fəaliyyət göstərdiyi Çad gölü bölgəsində mina partlaması nəticəsində 7 əsgər həlak olub.
Globall.az report.az-a istinadən xəbər verir ki, bu barədə Çad prezidenti Mahamat İdriss Debi İtno məlumat verib.
Onun sözlərinə görə, paytaxtdan təxminən 200 km şimalda Çad gölü əyalətinin Çuku-Telia şəhərində mina partlaması nəticəsində 7 Çad əsgəri ölüb, bir neçəsi isə yaralanıb.
Qərbi Afrikadakı ən böyük radikal islamçı terror qruplaşması olan "Boko-Haram" 2002-ci ildə Nigeriyanın şimalında yaranıb, tarixi bazası Borno əyalətidir.
2015-ci ildə Nigeriya Silahlı Qüvvələri "Boko-Haram"ı böyük məğlubiyyətə uğradıb və nəzarəti altında olan əraziləri xeyli azaldıb
Oxunub: 57
Xəbəri paylaş
Paylaş: