Hərbi təyyarə dənizə düşdü
Sevastopol yaxınlığında hərbi təyyarə dənizə düşüb, lakin şəhərin mülki obyektlərinə ziyan dəyməyib.
Globall.az APA-ya istinadən bildirir ki, bu barədə şəhərin meri Mixail Razvojayev Teleqram kanalında məlumat verib.
"Hərbi təyyarə dənizə düşüb. Mən görürəm ki, Ukraynanın səhifələrində çoxlu məlumatlar dərc olunur. Mülki obyektlərə ziyan dəyməyib", - Razvojayev qeyd edib.
Şəhər merinin sözlərinə görə, pilot katapult həyata keçirib. O, xilasedicilər tərəfindən sahilə yaxın ərazidən çıxarılıb, pilotun həyatı üçün təhlükə yoxdur.
Şəhərdə dənizlə sərnişin daşımaları dayandırılıb.
Oxunub: 48
Xəbəri paylaş
Paylaş: