Nazir müavinini həyat yoldaşı məhkəməyə verdi
Fövqəladə hallar nazirinin müavini Faiq Cavad oğlu Tağı-Zadənin həyat yoldaşı generalı məhkəməyə verib. Globall.az Unikal-a istinadən xəbər verir ki, Dilarə Məmməd qızı Tağı-Zadə ər-arvad arasında əmlakın bölünməsi ilə əlaqədar Səbail Rayon Məhkəməsinə müraciət edib. Hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə prosesi aprel ayının 2-nə təyin olunub. Keçiriləcək məhkəmə prosesində Dilarə Tağı-Zadə iddiaçı, Faiq Tağı-Zadə isə cavabdeh qismində tanınıb. Xatırladaq ki, Faiq Tağızadə ötən ilin oktyabr ayında infarkt keçirib və ürəyinə stent qoyulub.
Oxunub: 40
Xəbəri paylaş
Paylaş: