Məşhur komediya ustası 72 yaşında vəfat etdi
Rusiyalı məşhur komediya ustası, ssenarist, "Odessa cənabları" KVN komandasının kapitanı Svetoslav Pelişenko vəfat edib. Globall.az axşam.az-a istinadən bildirir ki, şoumen 72 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Pelişenko həm də fizika-riyaziyyat elmləri namizədi olub. O, daha sonra televiziyalarda yumoristik proqramlar şöbəsində çalışıb. "Mavi işıq", "Şəhər", "Jurmalina" və digər proqramların müəllifi olub.
Oxunub: 21
Xəbəri paylaş
Paylaş: