Rusiyanın dünya xəritəsindən silinməsi üçün... -
Patruşev
Kollektiv Qərbin uzunmüddətli məqsədi Rusiyanı zəiflətməkdir. Globall.az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev "Arqumenti i Faktı" nəşrinə müsahibəsində bildirib. "Ölkəmizin iqtisadi və siyasi rəqib kimi zəifləməsi və sonra parçalanaraq dünyanın siyasi xəritəsindən çıxarılması Vaşinqtonun, Londonun və onların nəzarətində olan kollektiv Qərbin uzunmüddətli strateji hədəfləridir", - Patruşev bildirib. Onun sözlərinə görə, ABŞ və Britaniya NATO ölkələrini özlərinə daha möhkəm bağlamaq üçün qəsdən rusofobiyanı şişirdirlər.
Oxunub: 28
Xəbəri paylaş
Paylaş: