Xankəndidə silah-sursat tapıldı
Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot və qumbaralar tapıblar.
Globall.az bildirir ki, bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 1-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 pulemyot, 5 qumbara, 2 alışdırıcı, 10 patron darağı, 3589 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Oxunub: 43
Xəbəri paylaş
Paylaş: