Dollar tarix səhnəsindən silinəcək -
Makqreqor
ABŞ hazırda maliyyə baxımından dünyada dominantlıq edir. Bununla belə, dollar tezliklə Rusiyanın köməyi olmadan da zərbə ala bilər. Globall.az axar.az-a istinadən bildirir ki, bunu Pentaqon rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor deyib. Onun sözlərinə görə, yaxın gələcəkdə Avrasiyanın əksər hissəsində BRİKS valyutasının qızıla bağlandığını görəcəyik. Ekspert qeyd edib ki, Moskva BRİKS-də liderdir və bu təşkilat çox sürətlə inkişaf edir. Makqreqor bəyan edib ki, BRİKS valyutası inkişaf etməyə başlayan kimi dollar əvvəlki dəyərini itirəcək və sonra ləğv olunacaq: "ABŞ artan xərcləri ödəmək üçün pul çap edir, lakin bunu nəticələri olmadan sonsuza qədər etmək mümkün deyil".
Oxunub: 30
Xəbəri paylaş
Paylaş: