Çin və Rusiya birlikdə hegemon dövlətlərə qarşı dura bilər -
ÇXR XİN
Çin və Rusiya birlikdə qlobal nizam yarada və dünyada hegemonluğa və dominantlığa can atan ayrı-ayrı ölkələr tərəfindən olan təzyiqlərə davam gətrə bilər.
Bu barədə dekabrın 30-da ÇXR xarici işlər naziri Van İ bəyan edib.
«Mən, qəti inanıram, əgər bizim böyük güclər, Çin və Rusiya çiyin-çiyinə dayansa və əməkdaşlığı genişləndirsə, beynəlxalq nizam sarsılmaz, qlobal prinsiplər isə danılmaz olar. Hegemonluq qalib gələ bilməyəcək» - Çin xarici işlər naziri deyib.
Diplomatın sözlərinə görə, Pekin və Moskva dünyada dayanıqlı inkişafın qarantı qismində çıxış edir, Şanxay təşkilatında və BRİKS-də məhsuldar qarşılıqlı fəaliyyət göstərir.
«Biz, ağrılı məsələlər üzrə strateji əməkdaşlığı möhkəmlədir, bölgədə sabitliyin saxlanmasına kömək edir və bir çox inkişaf edən ölkələrdə birliyin güclənməsində açar rolu oynayırıq» - o, əlavə edib.