DGK şirkəti cərimələdi
"Berton seed" MMC-yə inzibati protokol yazılıb. Globall.az Pravda.az-a istinadən bildirir ki, Dövlət Gömrük Komitəsi (DGK) MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib. İş Yevlax Rayon Məhkəməsinin hakimi Ruslan Əlizadənin icraatındadır. Baxış iclası aprelin 18-də keçiriləcək.
Oxunub: 27
Xəbəri paylaş
Paylaş: