Abşeronda evdən 85 min manatlıq qızıl oğurlandı
Abşeronda evdən külli miqdarda oğurluq olub. Globall.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, aprelin 14-də Masazır qəsəbəsindəki evlərin birindən 8900 manat pul və 85000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Abbas Tağıyev müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.\trnd/
Oxunub: 37
Xəbəri paylaş
Paylaş: