Koronavirusa qarşı daha bir dərman tapıldı - Rusiyada
Azərbaycanın Şimal qonşusu olan Rusiyada koronaviruslu xəstələrin müalicəsində effektiv olan daha bir dərman preparatı qeydiyyata alınıb.
TASS-ın verdiyi məlumata görə, bu yerli istehsal olan "Arepliver" adlı preparatdır. Dərman Yaponiyanın istehsalı olan və koronaviruslu xəstələrin müalicəsində istifadə edilən "Favipiravir"in analoqudur.
Xatırladaq ki, adıçəkilən Rusiya istehsalı dərmanın virusun insan hüceyrələrində yayılmasını blokladığı açıqlanmışdı. Bununla da infeksiyanın orqanizmdə yayılmasının qarşısı alınır.
"Areplivir”dən əvvəl Rusiyada koronavirus əleyhinə “Avifavir” dərmanı da qeydiyyata alınıb.
Oxunub: 508
Xəbəri paylaş
Paylaş: