Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər
Dekabrın 15-i beynəlxalq müstəvidə Türk Dili Günü kimi elan edilmədir. Bu təklif Türk Dövlətləri Təşkilatının gündəliyinə salınacaq. Ümidvaram ki, təklifimiz təşkilata üzv dövlətlər tərəfindən dəstəklənəcək. Globall.az bildirir ki, bu fikri AZƏRTAC-a açıqlamasında Türk Dili Qurumunun sədri professor Osman Mert səsləndirib. O xatırladıb ki, 1893-cü il dekabrın 15-də danimarkalı alim Vilhelm Tomsen Orxon çayı sahilində daşların üzərində yazılmış yazıları oxuya bilib. Alimin türk yazı mədəniyyəti və əlifbası barədə kəşfi ilə dünya elminə dəyərli töhfə verdiyi vurğulayan O.Mert deyib: “Şübhəsiz ki, türk dili bizi birləşdirən ən böyük dəyərlərdən biridir. Orxon abidələri isə hər bir türkün “bizim” deyə biləcəyi ümumi yaddaşdır. Bu səbəbdən dekabrın 15-ni mühüm bir tarix kimi qəbul edilməsini təklif edirik. Bütün türkdilli dövlətlərdə qısa müddətdə Türk Dili Gününün qeyd olunacağına inanıram”, – deyə qurumun sədri bildirib.