Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb
TikTok sosial şəbəkəsi Qırğızıstanda fəaliyyətini qismən dayandırıb. Globall.az qırğız mətbuatına istinadla xəbər verir ki, TikTok-a həm mobil cihazlardan, həm də kompüterlərdən daxil olmaq demək olar mümkün deyil. Sosial şəbəkədən videolar hələ də vaxtaşırı endirilsə də, bunun üçün kifayət qədər çox vaxt, təxminən 5-10 dəqiqə tələb olunur. Qeyd edək ki, bir neçə gün əvvəl Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi Rəqəmsal İnkişaf Nazirliyinə məktub göndərərək aprelin 18-dək ölkədə TikTok-a girişin məhdudlaşdırılmasını tələb edib.
Oxunub: 22
Xəbəri paylaş
Paylaş: