Ermənistanda koronavirus:
rekord sayda yoluxma faktı qeydə alındı
Ermənistanda daha 759 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 23 247-yə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 13 nəfər artaraq 410-a çatıb. İndiyədək 12 149 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 10 625 aktiv koronavirus xəstəsi var./report
Oxunub: 352
Xəbəri paylaş
Paylaş: