Suriyada 16 əsgər terrorçular tərəfindən öldürülüb
Suriya ordusunun və "Milli Müdafiə Qüvvələri"nin ən azı 16 hərbi qulluqçusu Homs əyalətində terrorçuların hücumu nəticəsində həlak olub. Globall.az-in məlumatına görə, bu barədə "Al Hadath" televiziya kanalı xəbər verib. Məlumata əsasən, hərbi avtobusda olan əsgərlər və yığma qoşun döyüşçüləri gecə saatlarında Əl-Teybe ərazisində magistral yolda “İslam Dövləti” terrorçu qruplaşmasının dəstəsi tərəfindən pusquya salınıb. Hadisə yerinə gələn hökumətin xüsusi təyinatlı dəstəsi Suriya səhrasının dərinliklərinə çəkilən terrorçuları dəf edib.
Oxunub: 20
Xəbəri paylaş
Paylaş: