Kopenhagendə yanan tarixi birjanın fasadı uçub
Danimarkanın paytaxtı Kopenhagendə bir neçə gün əvvəl yanmış tarixi birja binasının fasadı uçub.
Globall.az-in məlumatına görə, hadisə yerində xilasetmə və təmir-bərpa briqadaları işləyir. Digər divarların da uçma riski olduğu üçün bərkitmə işləri aparılır. Hadisə nəticəsində zərərçəkənlərin olmadığı bildirilir.
Qeyd edilib ki, 1625-ci ildə tikilən binanın divarları yanğın nəticəsində ciddi şəkildə zədələnib.
Oxunub: 48
Xəbəri paylaş
Paylaş: