İsrail İrana "məhdud sayda" zərbələr endirib
İsrail 13 aprel hücumuna cavab olaraq İrana "məhdud sayda" zərbələr endirib. Globall.az-in məlumatına görə, bu barədə "Fox News" televiziya kanalı mənbəyə istinadən bildirib. Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır. Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.
Oxunub: 24
Xəbəri paylaş
Paylaş: