İrəvanda Zvartnots hava limanında bir sıra reyslər gecikib
İrəvanda Zvartnots hava limanında bir sıra reyslər gecikib. Globall.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Məlumata görə, hava limanında Moskva, Soçi, Sankt-Peterburq, Venesiya, Kişinyov və digər şəhərlərin reyslərində gecikmə müşahidə olunub. Qeyd olunub ki, qrafikə görə saat 10:00-da eniş etməli olan Venesiya-İrəvan reysi hələ uçuş həyata keçirməyib. Sərnişinlərə gecikmənin səbəbi olaraq Zvartnots hava limanının guya bağlı olduğu bildirilib.
Oxunub: 15
Xəbəri paylaş
Paylaş: