Yanvar-mart aylarında İran vətəndaşları Türkiyədə 600-ə yaxın daşınmaz əmlak alıb
2024-cü ilin yanvar-mart aylarında İran vətəndaşları Türkiyədə 590 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 854 obyekt azdır. Globall.az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib. Məlumata görə, bu ilin mart ayında İran vətəndaşları Türkiyədə 472 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin mart ayı ilə müqayisədə 290 obyekt azdır. Qeyd edək ki, 2024-cü ilin mart ayında Türkiyədə 105 min 394 mənzil satın alınıb ki, bu da 2023-cü ilin mart ayı ilə müqayisədə 0,1 faiz azdır. Məlumata görə, 2024-cü ilin yanvar-mart aylarında Türkiyədə 279 min 604 mənzil satın alınıb. "Bu göstəricilər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azdır", - deyə nazirlikdən qeyd edilib. 2024-cü ilin mart ayında Türkiyədə xarici vətəndaşlara 778 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 47,9 faiz azdır. Eyni ilin yanvar-mart aylarında əcnəbi vətəndaşlar Türkiyədən 5 min 685 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 48 faiz azdır.