Tarixin ən davamlı avtomobilləri –
SİYAHI
Tarixin ən davamlı avtomobilləri məlum olub. Globall.az lent.az-a istinadən xəbər verir ki, siyahıda “Toyota 4Runner SUV” başçılıq edir. Avtomobil vaxtında texniki qulluqla 483 min kilometrdən çox məsafə qət edə bilən 20 modeldən ibarətdir. Ekspertlər 1983-1989-cu illərdə istehsal edilən “Toyota 4Runner”i ən etibarlı avtomobil kimi tanıyıblar. Onun şəxsi rekordu 2,3 milyon kilometrdir. İkinci yerdə 1990-1993-cü illərdə buraxılan və 1,6 milyon kilometr qət edə bilən “Honda Accord”dur. İlk üçlüyə 2009-2014-cü illərin “Ford F-150” pikapı da daxildir. Onun rekord yürüşü 1,6 milyon kilometrdir. Reytinqə “Hyundai Elantra” (2011-2016″, “Honda CR-V” (2005-2007), “Honda Civic” (2016-2021″, “Lexus CT 200h” (2011-2017) və digər modellər də daxil edilib. Bundan əvvəl də ən etibarlı avtomobil markaları açıqlanıb. Ən yüksək pilləyə “Lexus” brendi (98,3 faiz) başçılıq edib. Etibarlılıq reytinqi 99,8 faiz olan 2014-2021-ci il istehsalı “Lexus NX”i brendin ən etibarlı avtomobili kimi tanınıb. “Toyota” 97,4 faiz göstərici ilə ən etibarlı avtomobil istehsalçıları arasında ikinci yeri tutub. 2011-2020 “Toyota Yaris” yapon markasının ən problemsiz modeli kimi tanınıb. Üçüncü yeri (97,2 faiz) “Mini Clubman” (2015-2024) ilə Mini tutub.