Bakıda kafedən pul oğurlayan şəxs saxlanıldı
Bakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb. Globall.az bildirir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən kafelərin birindən 5400 manat pul oğurlamaqda şübhəli bilinən Rəşid Məlikov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 32
Xəbəri paylaş
Paylaş: