Ermənistanda koronavirus uşaqlar arasında da yayılır
“Report” xəbər verir ki, bu barədə "NEWS.am"a Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin mətbuat katibi Sona Martirosyan bildirib.
"64 nəfər testdən keçirilib, onlardan 15-nin cavabları müsbət olub. Söhbət 9 uşaq və 6 dayədən gedir”, - deyə o bildirib.
Xatırladaq ki, Ermənistan hakimiyyəti ölkədə koronavirusla bağlı vəziyyətə görə antiepidemiya tədbirlərini daha da sərtləşdirmək niyyətindədir. Bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. Paşinyanın sözlərinə görə, Ermənistan hər 1 milyon əhaliyə düşən COVID-19-a yoluxma hallarının sayına görə, dünyada liderdir.