Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • "Nə üçün?.."- Deməyə sözüm var...
  • "BU, MİLLİ MƏSƏLƏDİR, HƏR KƏS BİLSİN Kİ..."- Prezidentin bayram təbrikinin TAM MƏTNİ
  • Mais Səfərli: Müxalifət düşərgəsi İlham Əliyevin yeni kursunu - korrupsiyaya qarşı mübarizəsini dəstəkləməlidir
  • “İRƏVAN ERMƏNİLƏRƏ NİYƏ GÜZƏŞTƏ GEDİLDİ?” – Professor Solmaz Rüstəmova yazır
  • Ermənistanda hökumət böhranı: Hakimiyyət uğrunda mübarizə gərginləşir - Bədrəddin Quliyevin şərhi

    • Tarix: 14-06-2020, 18:38


    Bədnam qonşu ölkədə baş verən proseslərin çılpaqlığı ilə görünən mənzərəsini təəssüflər olsun ki, Azərbaycandakı “beşinci kolon”a məxsus qüvvələr heç də orada fərqli bir durumun olmadığını iddia edirlər. Belə ki, Ermənistanda hakimiyyət uğrunda mübarizə, iqtisadi və sosial mənzərə ürəkaçan deyil. Faktiki olaraq “donor ölkəsi”nə çevrilmiş İrəvanda hakimiyyətdaxili mübarizə açıq müstəviyə keçmiş, hətta müxtəlif siyasi və ideoloji səngərlərdən atəş səsləri belə eşidilməkdədir. Proseslərin haraya qədər uzanacağı, gözlənilən problemlər və nəticələr haqqında CXP (Cümhuriyyət Xalq Partiyası) sədri Bədrəddin Quliyevin fikirlərinin Globall.az və oxucuları üçün maraq doğuracağını düşünərək onunla bu mövzu ətrafında müsahib olduq.


    – Bədrəddin bəy, Ermənistanda nə baş verir? Dünya mətbuatındakı informasiyalara əsaslansaq, nəinki hakimiyyət, hətta dövlətin özünün defolt durumuna düşməsi kimi qənaət yaranır.

    – Pandemiyaya qarşı mübarizədə istədiyi nəticəni ala bilməyən Ermənistan hökuməti 8 iyun 2020-ci il tarixində siyasi, ictimai, social və iqtisadi böhranın ilk əlamətlərini yaşayıb. Belə ki, Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan, Ermənistan ordusunun Baş Qərargah rəisi general-leytenant Artak Davtyan və Polis İdarəsinin rəisi Arman Sarkisyan eyni gündə istefa məktublarını prezident Armen Sarkisyana təqdim ediblər. İstefalara hökumətin münasibəti onunla nəticələnib ki, ərizələr qəbul edilib və həmin gün general-leytenant Onik Qasparyan Baş Qərargah rəisi, polkovnik Argişti Kərəmyan Milli Təhlükəsizlik Xidmətinin direktoru, polkovnik Vaqe Qazaryan Polis İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər. Eyni gündə üç güc strukturu rəhbərlərinin istefa etməsi əlbəttə, təsadüf deyil və bu, Nikol Paşinyana edilən xəbərdarlıqdır.

    – Bəs bu miqyasda baş verən istefaların səbəbi nədir? 

    – Qeyd edək ki, Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan üç ay öncə bu vəzifəyə təyinat almışdı. Paşinyan hökumətinə qarşı artan təzyiqlər və son zamanlar müxalifətin etirazlarının daha mütəşəkkil, ardıcıl xarakter daşıdığı göz önündədir. Heç şübhəsiz bu istefalar əvvəlcədən hökumətdən kənar müəyyən dairələrdə razılaşdırılıb. Bu da hökumətin monolit olmadığını, hakim partiyanın daxilində narazılıqların artdığını göstərir. İstefa verən yüksək rütbəli dövlət məmurlarının müxalifət cinahında yer alma ehtimalı olduqca yüksəkdir. Bu arada Ermənistanda oliqarx siyasətçi “Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyan daha da fəallaşıb.

    – Yekcins olmayan Ermənistan iqtidarının siyasi baxımdan iflasa uğraması sizin fikrinizcə, hakimiyyət böhranı ilə yanaşı, yeni seçkilərin keçirilməsinə səbəb ola bilərmi? 

    – “Çiçəklənən Ermənistan" partiyası parlamentdə ikinci böyük fraksiyadır. O, Baş nazir Paşinyanın istefa etməsini tələb edən siyasi cinaha yaxınlaşıb və hökumətin 97 faizinin deyil, 100 faizinin istefasının gərəkliyini bildirib ki, bu da açıq-aşkar Paşinyana meydan oxumaqdır. Paşinyan ilk fürsətdə Tsarukyan təhlükəsini uzaqlaşdırmaq istəyəcək. Amma bu, siyasi həll baxımından indiki məqamda hələlik mümkün deyil. Paşinyan Tsarukyanı neytrallaşdırmaq və dağınıq olan müxalif cəbhənin birləşməsinə mane olmaq istəyirsə, növbədənkənar parlament seçkiləri keçirməli və mövqeyini qorumalıdır. Amma koronavirus pandemiyasının geniş yayıldığı mövcud şəraitdə və ən azından bu ilin sonuna qədər bunu etmək mümkün olmayacaq.

    – Mövcud iqtidarın siyasi və mənəvi baxımdan “xaç atası” sayılan sabiq prezident Levon Ter-Petrsoyan yaranmış şəraiti necə qiymətləndirir?

    – Levon Ter-Petrosyan son günlərdə müxalifətin Paşinyana qarşı artan təzyiqlərini dəyərləndirərkən “pandemiya dövründə sosial-iqtisadi, siyasi cəhətdən ciddi problemlərə qarşı mübarizə aparan hökuməti tənqid etməyi vətənə xəyanət kimi” gördüyünü bildirib.

    O da bəllidir ki, Paşinyan ötən əsrin 1990-cı illərində Petrosyanın lideri olduğu “Erməni Milli Hərəkatı”nın “şinelinden çıxıb” və ona yaxınlığı ilə bilinir. Bu bəyanatdan dərhal sonra müxalifət cinahı Petrosyanı 1990-cı illərin ikinci yarısında Dağlıq Qarabağ münaqişəsində Azərbaycana güzəştə getmək planının yarımçıq qalması və bu işi Paşinyanın davam etməsi haqqında müxtəlif fikirlər səsləndirirlər.

    – Belə çıxır ki, Paşinyan dolayı yolla Qarabağ ideyasından imtina etməyi planlaşdırır. 

    – Əslində vəziyyət heç də müxalifətin iddia etdiyi kimi deyil. Erməni ictimai rəyində Dağlıq Qarabağ məsələsində güzəştə getmək istəyən siyasi iqtidarın heç biri hakimiyyətdə qala bilməyib. Buna təşəbbüs edən Petrosyan istefa verməyə məcbur edildi. Parlamentin sədri Karen Dəmirçiyan terrorçuların parlamentə hücumu zamanı öldürüldü.
    2016-cı ildə 4 günlük müharibədə məğlub olan Serj Sarqsyanın mövqeləri zəiflədi və iki il sonra hakimiyyəti tərk etdi. Paşinyan da, müxalifət də bu reallığı bilir. Paşinyan Dağlıq Qarabağ məsələsində əsla güzəştə getməyəcəyini dəfələrlə dilə gətirsə də, müxalifət də israrla Paşinyanı Dağlıq Qarabağ məsələsində Azərbaycana güzəştə getməklə ittiham edir və onun siyasi imicini korlamağa çalışır.

    – Bəs Qarabağ məsələsində erməni cəmiyyətində problem nədən ibarətdir? 

    – Müxalifət fürsət düşdükcə bəhs olunan məsələ və sosial-iqtisadi problemləri gündəmə gətirərək Paşinyanın mövqeyini zəiflətməyə çalışır. Hadisələrə kənardan müdaxilə barədə Ermənistanın ictimai- siyasi həyatında Paşinyan iqtidarının qarşılaşdığı problemlər müzakirə edilərkən bir çox hallarda Rusiyanın adı hallanır. Bu zaman Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyi planını “sərt güc”lə deyil, “yumşaq güc”dən istifadə edərək dəyişdirməyə qərar verdiyi haqqında mülahizələr irəli sürülür.

    – Rusiya amili deyəsən Ermənistanda siyasi həyatın ayrılmaz bir parçası olaraq qalır...


    – Rusiyanın aparıcı KİV-ləri indiki məqamda Ermənistanda baş verən hadisələrlə bağlı soyuqqanlı şəkildə informasiyalar verir və mövcud iqtidara qarşı təhrikedici yazılar dərc etmirlər.
    Azərbaycanın maraqları baxımından bütün hallarda Ermənistanın daxili ictimai-siyasi həyatının gərginləşməsi, iqtidar-müxalifət münasibətlərinin neqativ formada inkişafı, koronavirusun tüğyan etdiyi dönəmdə hökumətin qarşılaşdığı sorunlar, sosial-iqtisadi problemləri həll edə bilməməsi Azərbaycanın maraqlarına cavab verir. Azərbaycan Ermənistandakı mövcud vəziyyətdən maksimum şəkildə faydalanmağa çalışmalı, erməni ictimai-siyasi rəyinə yönəlik informasiyalar yaymalıdır.
    Ermənistan müxalifətinin hökumətə qarşı etiraz çıxışlarının onların demokratik haqqı olduğu, hökumətin etirazçılara inzibati mexanizmlərdən istifadə edərək təzyiq etməsini ölkədə demokratik dəyərlərin və insan haqlarının pozulması kimi təqdim edilməli, bu məsələ Avropanın demokratik institutlarında və beynəlxalq təşkilatlarda gündəmə gətirilməlidir.

    – Bütün bunlar doğru yanaşım olsa da, müxalifət pandemiya çağında sərt mövqeyi ilə proseslərin daha da alovlanmasına çalışır. Yəni, pandemiyanın tüğyan etdiyi bir ərəfədə siyasi, sosial-ictimai kataklizmlər sanki mövcud böhranının bir parçasına çevrilib.

    – Son günlərdə koronavirus pandemiyası ilə bağlı yaşanan problemlərlə əlaqədar olaraq müxalifətin etirazlarının artmasından, xüsusilə güc strukturları rəhbərlərinin istefa vermələrindən sonra Paşinyan hökumət üzvlərinə xitabən “ölkədə son iki ildə yaşanan inkişafı görməyənlər varsa, hökumətin yeni tərkibdə qurula biləcəyinin” siqnallarını verir. Bu o deməkdir ki, Paşinyan hökuməti göstərməyə çalışır ki, vəziyyətə nəzarət edə bilir. Əslində hökumət vəziyyətə nəzarəti əhəmiyyətli dərəcədə itirib və yaranmış mövcud durum belə davam edərsə, ölkə xaosa sürüklənə bilər.

    Ümumiyyətlə, yay mövsümünün Paşinyan hökuməti üçün həddindən artıq “isti” olacağı ehtimalı olduqca yüksəkdir. Müxalifət cəbhəsi yəqin ki, payıza doğru hökumətə qarşı təzyiqlərini daha da artıracaq. Əgər koronavirus pandemiyası payıza qədər davam edərsə, hakimiyyətin böhranı ehtimalı daha da yüksələcək.
    İqtisadi problemləri də buraya əlavə etsək Paşinyan hökumətinin vəziyyəti olduqca çətin olacaq. “Donor ölkəsi”nə çevrilmiş Ermənistana bu dəfə heç bir beynəlxalq güc və ya dövlət yaxın durmayacaq. Bunun əsil səbəbi dünyanın əksər ölkələrində pandemiya ilə bağlı baş verən böhranlardır.

    Bir həqiqəti var ki, Paşinyan iqtidarına qarşı olan müxalifət keçmiş “hərbi xuntaçılar”dan ibarətdir. Onlar 1990-1998-ci illərdə qondarma Dağlıq Qarabağ rejimini idarə edən və əlində silah Azərbaycana qarşı separatizmə dəstək verən və silahlı münaqişlərdə döyüşən, 1998-ci ildə İrəvanda parlamentdə hərbi qiyam yolu ilə iqtidara gəlmiş və 2018-ci ilə qədər Ermənistanda hakimiyyətdə olmuş “hərbi qiyamçılar”dan ibarətdir. Paşinyan iqtidarı sözdə demokratiyadan dəm vursa da, bu istiqamətdə ötən üç illik müddətdə hər hansı uğurlara imza atmamışdır.
    Ona görə də Ermənistanda daim hökumət böhranları yaranır. Bu, həm də regionun marginallaşmasına gətirib çıxaran amillərdən biridir.

    Söhbətləşdi: Ənvər Yusifoğlu,
    Globall.az

    Oxunub: 797
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.