Daha bir AXCP üzvü həbs olunub
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elşad Atayev inzibati qaydada 10 sutka müddətinə həbs olunub.
Bu barədə AzadlıqRadiosuna partiyadan məlumat verilib.
Məlumata görə, İmişli rayonunda yaşayan Atayev dünən, iyunun 26-da polis tərəfindən saxlanıldı. "Bu gün isə onu İmişli Rayon Məhkəməsinə apararaq İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 sutka həbs verdilər".
Partiyadan bildiriblər ki, Atayevin həbs səbəbi onun sosial şəbəkələrdə aktiv olmasıdır və hakimiyyəti tənqid etməsidir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb./turan
Oxunub: 1 626
Xəbəri paylaş
Paylaş: