Rusiyada koronavirusa yoluxanların sayı 634,4 mini ötdü
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Koronavirusun Yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargahdan bildirilib.
“Son sutkada Rusiyanın 83 regionunda koronavirus infeksiyasına 6 791 yoluxma təsdiqlənib, o cümlədən kliniki əlaməti olmayan 2 198 aktiv yoluxma aşkarlanıb”, - deyə xəbərdə bildirilir.
Məlumata görə, ötən gün Rusiyada koronavirusdan daha 104 nəfər ölüb. Beləliklə, COVID-19-dan ölənlərin ümumi sayı 9 073 nəfərə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.