"Real"ı ilk ev oyununda məğlub edən...
"Şerif" tarixə düşdü
Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Real"la matç "Şerif" üçün əlamətdar olub.
Qol.az xəbər verir ki, Tiraspol təmsilçisi "kral klubu"nu 2:1 hesabı ilə məğlub edib. Nəticədə "Şerif" Madrid təmsilçisi üzərində turnirdəki ilk ev matçında qələbə qazanan 4-cü komanda kimi tarixə düşüb. Daha əvvəl buna 1962-ci ildə "Yuventus", 2006-cı ildə "Arsenal" və 2009-cu ildə "Liverpul" nail olub.
Qeyd edək ki, "Şerif" hazırda D qrupunda 6 xalla liderdir.
Oxunub: 305
Xəbəri paylaş
Paylaş: