Pullu yolda qiymət:
Minik və yük avtomobilləri üçün haqq belə hesablanacaq – RƏSMİ
Globall.az bildirir ki, cebhe.info-ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli yeni yolun perspektivlərindən danışıb:
“Yeni yaranmış ödənişli yola alternativ olaraq ödənişsiz yol var. Ödənişsiz yolun texniki parametrləri ilə ödənişli yolun texniki parametrləri eyni olmayacaq, fərqlənəcək. Ancaq yol örtüyünün keyfiyyəti eyni səviyyədə olacaq. Bunun nəticəsində də insanlar seçim edə biləcəklər. Ödənişli yol dahar rahat və sürətli olur. Ödənişli yolun üstünlükləri ondan ibarətdir ki, ödənişli yol mövcud yoldan 16 kilometr qısadır, sürət həddi dəyişmir. Yəni ödənişli yolda bir nöqtədən digər nöqtəyə eyni sürətlə hərəkət etmək mümkündür. Ödənişli yol daha rahat və təhlükəsizdir. Çünki yol kənarları bağlı olacaq, yaşayış məntəqələrindən keçməyəcək və yola heç bir maneə çıxmayacaq”.
Anar Nəcəfli ödənişin necə olacağından da danışıb:
“Ödəniş üçün hələ ki, təkliflər yoxdur. Ödənişlər beynəlxalq təcrübəyə əsaslanmaqla, yerli şərait də nəzərə alınaraq müəyyən olunacaq. Ödəniş təkliflərini biz vermirik. Bu, dövlət tərəfindən maliyyələşən bir layihə olduğu üçün ödənişlər də dövlət tərəfindən müəyyən olunacaq. Minik avtomobilləri üçün ödəniş yeni yolda qənaət olunacaq yanacağın maddi dəyəri qədər müəyyən olunacaq. Ondan çox olmayacaq. Lakin yük avtomobillərində qiymət fərqli olunacaq. Yük avtomobillərində ödəniş daha çox olacaq. Yeni yolun tikinti işləri 2021-ci ildə başa çatacaq. Bu yol bizdə ilk ödənişli yol olacaq”.