Həkimə xəsarət yetirib polisə etiraf etdi
Globall.az qafqazinfo.az-a istinadən xəbər verir ki, o, hadisəni törətdikdən sonra ərazi polis orqanına gələrək əməlini etiraf edib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, faktla bağlı müvafiq ekspertiza təyin olunub, tərəflərin izahatları alınıb və hazırda araşdırmalar davam etdirilir.
Ötən gün saat 12 radələrində Qəbələ şəhərində yerləşən xəstəxanada 18 yaşlı rayon sakini İbrahim Rəhimov kəsici alətlə orada çalışan həkim Y.Əsədovun qoluna xəsarət yetirib.
Oxunub: 135
Xəbəri paylaş
Paylaş: