Pakistanda birja binasna hücumda ölənlərin sayı artıb - YENİLƏNİB
Pakistanda Fond Birjasının binasına terrorçuların hücumu nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı yerli “Geo News” kanalı yayıb.
Həyatını itirənlərdən 4-ü gözətçi, 1-i polis əməkdaşıdır.
***
Pakistanda Fond Birjasının binasına hücum nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
“RİA Novosti” xəbər verir ki, məlumatı yerli “Geo News” kanalı yayıb.
Polisdən bildirilib ki, binaya 4 nəfər hücum edib. Onlardan 3-ü öldürülüb, 1-i hazırda binadadır.
Silahlılar hücumdan əvvəl binanın giriş qapısını qumbara ilə partladıblar.
Yaralılardan biri polis zabiti, o biri isə binanın gözətçisidir.
Oxunub: 2 828
Xəbəri paylaş
Paylaş: