Papanın etdiyi bu hərəkət hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Vatikanın “müasir” Papa Fransiskin yepiskopların iclasında homoseksuallarla bağlı dediyi sözlər heyrətə səbəb olub.
Məlum olub ki, dünyada mütərəqqi fikirləri ilə tanınan Papa Fransisk Vatikanda keçirilən tədbirdə homoseksuallar haqqında təhqiramiz ifadələr işlətməklə hər kəsi təəccübləndirib.
Globall.az xəbər verir ki, ötən həftə keçirilən qapalı iclasda 87 yaşlı Papa homoseksualların keşişliyə yetişdirilməsinə qəti şəkildə qarşı çıxıb. İtalyancada homoseksuallar üçün sərt söyüş kimi qəbul edilən “frociaggine” ifadəsini işlədən Papanın bu sözləri bir çox mənbələr tərəfindən təsdiqlənib.
Mənbələr Papanın homoseksuallar haqqında bir neçə dəfə istehzalı ifadələr işlətdiyini bildirib.
Homoseksuallarla bağlı mötədil açıqlamalar verən Papanın bu təhqiri böyük müzakirələrə səbəb olub. Papa daha əvvəl eynicinsli cütlüklərin nikahlarının müəyyən şərtlərlə təsdiqlənə biləcəyini və kilsənin qapılarının onların üzünə açıq olduğunu bildirmişdi.
Bir çox insanlar 10 ildir vəzifədə olan Papa Fransiskin mötədil bəyanatlarına baxmayaraq, Vatikanın homoseksuallara qarşı düşmən münasibətində heç bir dəyişiklik olmadığını iddia edir.\turkustan.az/