Roma Papası ABŞ Prezidentini qəbul edib
Bu gün Roma Papası Frensis ABŞ Prezidenti Co Baydeni və həyat yoldaşı Cill Baydeni qəbul edib.
Report xarici KİV-ə istinadən xəbər verir ki, Həvarilər Sarayında papanın şəxsi kitabxanasında keçirilən görüş saat yarımadək davam edib. Görüş mediaya qapalı keçirildiyindən təfərrüatı məlum deyil.
Bu, Co Baydenin prezident seçiləndən sonra Vatikana ilk səfəri, eyni zamanda Papa Frensislə dördüncü görüşüdür. Bundan əlavə, Co Bayden Roma Papası ilə görüşən ABŞ-ın sayca ikinci katolik prezidentidir.
Oxunub: 159
Xəbəri paylaş
Paylaş: