Paşinyandan etiraf: “Tarixdə qurduğumuz ilk dövlət…”
Ermənistan Baş naziri Nikol Paşinyan ermənilərin “minillik dövlətçilik” iddiasının üstündən xətt çəkib.
Globall.az teleqraf.com-a istinadənxəbər verir ki, o, bu barədə İrəvanda Sardarapat memorial kompleksində çıxışında bildirib.
Paşinyanın sözlərinə görə, 1918-ci il mayın 28-də qurulan Ermənistan Respublikası erməni xalqının 400 il arzusunda olduğu dövlətçiliyinin yaradılmasının rəmzi olan bayramdır.
Baş nazir qeyd edib ki, erməni xalqı minillik tarixində (dövlət olaraq yox, xalq olaraq) məhz ilk dəfə o dövrdə dövlət qurub.
“Bu, minillik tariximizdə ilk dəfə olaraq erməni xalqının öz müqəddəratını təyin etmək hüququnu, öz ölkəsində ən yüksək formada hakim olma durumunu simvolizə edən bayramdır”, – Paşinyan vurğulayıb.
Ermənistan rəhbəri “400 illik arzu” dedikdə nəyi nəzərdə tutduğu məlum olmasa da, XVII əsrdə ermənilər Osmanlı İmperiyasının tərkibində yaşayan bir icma olub, dövlət deyildilər. Ermənilərin Yaxın Şərq ölkələrindən Osmanlıya (indiki Türkiyə) köçü də ayrı mövzudur. İndiki Ermənistan, yəni tarixi Azərbaycan əraziləri də o dövrlərdə Səfəvi, Əfşar və Qacar imperiyalarının tərkibində idi, həmin torpaqlarda da ermənilər yaşamırdılar. Ermənilərin Cənubi Qafqaza, xüsusən də indiki Ermənistan – tarixi Azərbaycan ərazilərinə ayaq açmaları sonrakı tarixdir. Təxminən XVIII-XIX əsrlərə təsadüf edir. Bəlkə də Paşinyan “400 illik arzu” dedikdə Osmanlının tərkibində olarkən baş qaldıran “müstəqillik istəkləri”, daha doğrusu, separatizm meyllərini nəzərdə tutur.