Alman əsgərləri 1 il daha Kosovoda qalacaq
Almaniya NATO-nun Kosovo Sülh Qüvvələrində (KFOR) əsgərlərinin xidmət müddətini 1 il uzatmaq qərarına gəlib.
Globall.az xəbər verir ki, Nazirlər Şurası alman əsgərlərinin KFOR-da xidmət müddətinin daha bir il uzadılmasına qərar verib və şəxsi heyətin sayını 400 nəfərlə məhdudlaşdırıb.
Bildirilib ki, hazırda Kosovoda xidmət edən alman əsgərlərinin sayı 290 nəfərdir. Nazirlər Şurasının qərarı Bundestaq tərəfindən təsdiqlənməlidir.
Alman ordusu 1999-cu il iyunun 12-dən Kosovodadır. Kosovoda 28 ölkədən ümumilikdə 4800 əsgər xidmət edir.\turkustan.az/
Oxunub: 71
Xəbəri paylaş
Paylaş: