ABŞ Netanyahunu Konqresdə çıxış etməyə dəvət etdi
ABŞ Konqresindəki Respublikaçı və Demokrat liderlər İsraillə həmrəy olduqlarını göstərmək üçün Baş nazir Benyamin Netanyahunu Konqresin birgə iclasında çıxış etməyə dəvət ediblər.
Globall.az xəbər verir ki, ABŞ Konqresinin Demokrat və Respublikaçı liderləri yazılı açıqlamalarında İsrailin baş naziri Binyamin Netanyahunu Vaşinqtona dəvət etdiklərini bildiriblər.
Dəvəti Netanyahuya Nümayəndələr Palatasının spikeri respublikaçı Mayk Conson, Senatda çoxluğun lideri demokrat Çak Şumer, Senatda azlıqların lideri respublikaçı Mitch McConnell və Nümayəndələr Palatasında azlıqların lideri demokrat Hakim Cefris göndərib.
Konqres liderləri öz dəvətlərində “ABŞ və İsrail arasındakı həmrəyliyi vurğulamaq üçün sizi İsrail hökumətinin demokratiyanın müdafiəsi, terrorizmlə mübarizə və regionda qalıcı və ədalətli sülhün əldə edilməsinə dair baxışlarını bölüşməyə dəvət edirik” dedi.
Qeyd olunub ki, Netanyahunun ABŞ Konqresində nə zaman çıxış edəcəyi bəlli olmasa da, onun tezliklə Vaşinqtona gələcəyi gözlənilir.
ABŞ Nümayəndələr Palatasının sədri Conson əvvəlki açıqlamalarında Netanyahunu dəvət etmək istədiklərini bildirərək, Netanyahunu istefaya çağıran Demokrat Senat lideri Şumeri bu mövzuda ortaq hərəkətə keçməyə çağırıb.
ABŞ Konqresi bu yaxınlarda İsrailə əlavə 26 milyard dollarlıq hərbi yardımı əhatə edən xarici yardım paketini təsdiqləmişdi.
Bəzi demokratlar Netanyahu administrasiyasının Qəzza siyasətini tənqid etsə də, 5 noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində Bayden administrasiyasının İsrail siyasətinin necə əks olunacağı da maraq doğurur.
Qeyd olunur ki, ABŞ-a gələcəyi gözlənilən Netanyahunun ABŞ prezidenti Co Baydenlə görüşüb-görüşməyəcəyi hələlik bəlli deyil.\turkustan.az/