Aviaşouda faciə: Təyyarələr havada toqquşdu
Portuqaliyada 11 saylı aviabazada keçirilən “Beja AirShow” aviasiya festivalında hava nümayişi zamanı iki təyyarə toqquşub.
Globall.az-ın SAPO-ya istinadla məlumatına görə, Hərbi Hava Qüvvələri hadisənin yerli vaxtla saat 16:05-də baş verdiyini bildirib.
Nəticədə İspaniya vətəndaşı olan pilot dünyasını dəyişib. Olayda həmçinin bir nəfər də yaralanıb.
Bildirilib ki, ölən pilot “Warbird Yak 52”-lərdən istifadə edən YAKSTARS komandasının üzvü idi.
Qəzadan sonra nümayiş dərhal dayandırılıb. /axar.az/
Oxunub: 56
Xəbəri paylaş
Paylaş: