TƏCİLİ: Voronejdə azərbaycanlılar SAXLANILDI - FOTO
Rusiyanın Voronej şəhərində azərbaycanlılara qarşı daha bir təhqiramiz davranış qeydə alınıb.
Press-fakt haqqın.az-a istinadən xəbər verir ki, Rusiya təhlükəsizlik qüvvələri yenidən Voronejdə bazarda azərbaycanlıları saxlayıb.
Hadisə yerində olan şahidlərin sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları bazarda reyd keçirib və saxlanılan şəxsləri bir-birinin çiynindən tutaraq yeriməyə məcbur ediblər.
Məlumata görə, saxlanılanlar arasında azərbaycanlılarla yanaşı, tacik və özbək əsilli şəxslər də var.

Oxunub: 16
Xəbəri paylaş
Paylaş: