İsrail yenidən Livana hücuma keçdi: Ölənlər var
Livanın cənubunda İsrail ordusuna məxsus pilotsuz uçan aparatların hücumu nəticəsində iki nəfər həlak olub.
Press-fakt xəbər verir ki, Livanın Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, İsrail ordusu ölkənin cənubunda yerləşən Nəbatiyyə şəhərində bir avtomobilə pilotsuz təyyarə ilə hücum edib.
Maşın alovlanarkən, hücum nəticəsində bir nəfərin öldüyü, iki nəfərin yaralandığı bildirilir.
Livanın Səhiyyə Nazirliyi, İsrail ordusunun Livanın cənubundakı Naqura qəsəbəsində bir yük maşınına pilotsuz təyyarə ilə təşkil etdiyi hücumda bir nəfərin öldüyünü açıqlayıb.
Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusu ölkənin cənubundakı Havla qəsəbəsində də bir evi partladıb.
Oxunub: 14
Xəbəri paylaş
Paylaş: