MEHDİYEVİN NƏVƏSİNİN TOYUNDAN YENİ GÖRÜNTÜLƏR -
Daha hansı deputatlar orda olub? /Siyahı+VİDEO
Paytaxtda sərt karantin rejiminin davam etdiyi günlərdə Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin Novxanıdakı villasında nəvəsinə təntənəli toy mərasimi keçirməsi bir neçə gündür ölkə gündəmini zəbt edib.
Globall.az xəbər verir ki, qalmaqallı toyun yeni görüntüləri yayılıb.
Görüntüləri yayılan toy mərasimi sabiq deputat İlham Əliyevin qızı üçün qurulub. Toyda keçmiş və indiki millət vəkilləri, o cümlədən bəzi dövlət məmurları iştirak ediblər.
Yeni görüntülər əsasında toyda daha kimlərin iştirak etdiyi haqda yeni məlumatlar əldə edilib. Sosial şəbəkədə paylaşılan siyahı aşağıdakı kimidir:
Mustafayev Fərid Rövşən oğlu (Bəyin qardaşı, polis baş leytenantı)
Əliyev Bəxtiyar Həmzə oğlu (Ağdamdan deputat)
Əliyeva Kamilə Ramiz qızı (Akademikin qızı, BDU Sosial və pedaqoji psixologiya kafedrasının müdiri)
Əliyeva Səbinə Yaşar qızı (Azərbaycanın ombudsmanı)
Teymurzadə Aysel Məhəmməd qızı (Eurovision müğənni)
Mehdiyeva Nigar İsmayıl qızı (Akademikin gəlini, Bank “BTB” ASC-nin müşahidə şurasının üzvü)
Əliyev Fikrət Səftər oğlu (İlham Əliyevin qardaşı - Sabiq MTN polkovniki)
Fəridə Əliyeva (Fikrət Əliyevin həyat yoldaşı)
Əliyev Orxan Fikrət oğlu (İlham Əliyev qardaşı oğlu, Ailə TV-nin rəhbəri)
Əliyev Səftər Fikrət oğlu (Deputat İlham Əliyev qardaşı oğlu, "AQUA SAFE" və "E and S" şirkətlərinin sahibi)
Aqiyə Həbib qızı Naxçıvanlı (Deputat)
Gülçöhrə Məmmədova (Memarlıq və İnşaat Universitetinin rektoru)
Həmin videonu təqdim edirik: