KREML ÜÇÜN QARA GÜN: DÜNYA RUSİYAYA QARŞI BİRLƏŞİR!
“Ramstayn” formatında keçirilən, 52 dövlət və təşkilatın 29-cu görüşünün nəticəsi bu olkdu: Ukraynanı silahlandırma üzrə 50 günlük kampaniya. Yəqin ki, bu, Tramplin Rusiyaya verdiyi 50 gün möhlətlə əlaqəlidir.
Bu sözləri ekspert İlqar Altay qeyd edib.
O, ötən gün qəbul edilən qəırarları sıralayıb:
– Birləşmiş Ştatlar NATO ilə birlikdə, Avropa ölkələrilə yekdil halda Ukrayna üçün Amerika silahlarının tədarükü üçün yeni mexanizm təklif etdi. Avropa ölkələri artıq Ukrayna üçün silah alınmasına qoşulublar;
– ABŞ Prezidenti Donald Tramp 2500 km mənzilli “Tomahavk” qanadlı raketlərini Ukraynaya ötürmək imkanını nəzərdən keçirir;
– Almaniya da Ukraynaya özündəki 5 “Patriot” hava hücumundan müdafiə sisteminin təhvil verilməsi təşəbbüsünə qoşulub, onları tezliklə Ukraynaya çatdırmalıdır;
– Almaniya “Gepard” zenit müdafiə sistemləri üçün 200.000-dən (!) çox mərmini Ukraynaya ötürür və həmçinin Ukraynanın uzaqmənzilli pilotsuz təyyarələr almasını maliyyələşdirir;
– Kanada “Danimarka modeli” üzrə (Ukrayna silah istehsalına investisiyaları nəzərdə tutur) Ukrayna müdafiə sənayesinin maliyyələşdimə işindəki iştirakını davam etdirəcək və Ukrayna tanklarının saxlanmasına 200 mln. dollar ayıracaq;
– Niderland dron zərərsizləşdimə üçün 200 milyon avro və F-16 təyyarələrinə texniki xidmət üçün 125 milyon avro ayırır;
– Norveç pilotsuz təyyarələrin alınması üçün ümumilikdə 1 milyard avro ayırıb;
– İsveç hava hücumundan müdafiə sistemləri, artilleriya və avadanlıqlar tədarükü üçün yeni paket hazırlayır.
Ekspert vurğulayıb ki, sanki bütün dünya Rusiyaya qarşı birləşib:
“Cəmisi 2-3 ay əvvəl Ukraynaya dəstəkdə ABŞ-la Avropa arasında ziddiyyət vardısa, bu gün artıq Putin öz hərəkətləri ilə bu birliyi məcbur yaratdı”.
Press-fakt